“Aİ ədalətli sülhə nail olmağa çalışır” – Leyenbackend

"Aİ ədalətli sülhə nail olmağa çalışır" - Leyen

Avropa İttifaqı ədalətli sülhə nail olmaq üçün ABŞ administrasiyası və Ukrayna hakimiyyəti ilə sıx əlaqə saxlayır.

KONKRET.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen yazıb.

“Avropa İttifaqı ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ ilə sıx əməkdaşlıq edir”, -o, qeyd edib.

Avropa Komissiyasının sədri vurğulayıb ki, Ukrayna və Avropanın həyati maraqlarını qoruyan etibarlı təhlükəsizlik zəmanətləri son dərəcə vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*