Aİ Rusiya ilə bağlı QƏRAR VERDİ: Kremlin cavabı nə olacaq?backend

Aİ Rusiya ilə bağlı QƏRAR VERDİ: Kremlin cavabı nə olacaq?

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı tətbiq ediləcək 17-ci sanksiya paketini tam şəkildə razılaşdırıblar. Bu barədə Almaniyanın Handelsblatt nəşri Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.

KONKRET.az xəbər verir ki, yeni paketdə təhlükəli sayılan və mübahisə doğuran təkliflərə yer verilməyib. Mənbənin bildirdiyinə görə, bu, Macarıstan və Slovakiyanın mümkün vetosunun qarşısını almaq məqsədi ilə edilib.

Avropa diplomatı nəşrə açıqlamasında bildirib: “Biz artıq sanksiyalarla nəyə nail ola biləcəyimiz baxımından son həddə çatmışıq”. Handelsblatt qeyd edir ki, bu dəfəki sanksiyalar mahiyyətcə əvvəlki – 16-cı paketdən kənara çıxmır, yəni ciddi yeniliklər gözlənilmir.

Qeyd edək ki, Aİ bu vaxta qədər Rusiyaya qarşı enerji, maliyyə, texnologiya və logistik sahələrini əhatə edən genişmiqyaslı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrin, xüsusilə də Macarıstanın bu məsələdə ehtiyatlı mövqe sərgiləməsi, ittifaq daxilində razılaşmaları çətinləşdirir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*