Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədibackend

Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir ki, yeni məhdudiyyətlər xüsusilə Rusiyanın döyüş əməliyyatları aparmaq qabiliyyətinə əlavə zərbə vurmaq məqsədi daşıyır. Görülən tədbirlər həm də anti-Rusiya sanksiyalarından yan keçməyi çətinləşdirməyə yönəlib.

Yanvarın 1-dən Aİ Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalını məhdudlaşdıracaq. Martın 1-dən isə üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər tətbiq ediləcək.

Bundan əlavə, Avropa İttifaqı Avropa şirkətlərini tərəfdaşlarla müqavilələrdə bir sıra ikili təyinatlı malların Rusiyaya təkrar ixracına qadağa qoymağı öhdəsinə götürüb.

Qeyd edək ki,12-ci anti-Rusiya sanksiyalar paketi Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*