“Aİ Ukraynaya qoşun göndərsin” – XİNbackend

"Aİ Ukraynaya qoşun göndərsin" - XİN

Estoniya Avropa İttifaqını (Aİ) Ukraynaya qoşun göndərməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bunu “Financial Times” (FT) qəzetinə müsahibəsində Estoniyanın xarici işlər naziri Marqus Tsaxna qeyd edib.

Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatı Vlodimir Zelenskinin tələb etdiyi kimi NATO-ya üzvlükdür:

“Ancaq Birləşmiş Ştatlar Kiyevin hərbi ittifaqa qoşulmaq dəvətinə qarşı olarsa, Avropa Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün hərbi əməliyyatlar başa çatdıqdan sonra qoşun yerləşdirməklə vəziyyətə müdaxilə etməli olacaq”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*