Ailə faciəsi: 7 nəfər diri-diri yandı – Üçü uşaqdırbackend

Ailə faciəsi: 7 nəfər diri-diri yandı – Üçü uşaqdır

Rusiyanın Penza vilayətinin Nijni Lomov şəhərində yaşayış binasında baş verən yanğında 7 nəfər ölüb. Onların arasında üç uşaq da var.

KONKRET.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin Penza bölgəsindəki mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, yanğın ümumi sahəsi 100 kvadratmetr olan taxta evdə baş verib. Tikinti tamamilə yanıb, qonşu evin damı yanğına məruz qalıb.

Bundan əvvəl NEWS.ru Yaroslavlda baş verən yanğında 4 nəfərin öldüyünü bildirmişdi. Yanğın şəxsi evdə baş verib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*