Latviya aviaşirkəti “airBaltic” Yaxın Şərqdəki münaqişə səbəbindən yanacağın qiymətinin kəskin artması ilə əlaqədar dövlət yardımına müraciət edib.
KONKRET.az xəbər verir ki, airBaltic Latviyanın Nəqliyyat Nazirliyinə yanacağın qiymət artımının təsirlərini aradan qaldırmaq məqsədilə qısamüddətli kredit üçün müraciət edib. Dəqiq məbləğ hələ açıqlanmayıb, amma ilkin məlumatlara görə bu, 100–150 milyon avro arasında ola bilər.
Nəqliyyat naziri şirkətin fəaliyyətinin dövlət üçün əhəmiyyətini vurğulayaraq, məsələnin yaxın günlərdə hökumət iclasında müzakirə ediləcəyini bildirib.
Çətinliklərə baxmayaraq, airBaltic fəaliyyətini cədvələ uyğun davam etdirir.
Digər bir çox aviaşirkətlər kimi, təhlükəsizlik səbəblərinə görə müvəqqəti olaraq Tel-Əviv və Dubay reyslərini ləğv etmək məcburiyyətində qalıb.
Xüsusilə Yaxın Şərq ölkələrində aviasiya yanacağının qiymətləri kəskin artıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
