Türkiyəli pop estradasının əfsanəsi, müğənni Ajda Pekkan keçmiş sevgilisi Bülent Çavuşoğlu ilə yenidən gündəmə gəlib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı biznesmen 75 yaşlı super stara xəyanət etmiş və bundan sonra cütlük yollarını ayırmışdı.
Pekkan Çavuşoğluya “ikinci bahar” şansı verib. Onlar ayrılandan sonra ilk dəfə Bodrumda kameralara tuş gəliblər.
Qeyd edək ki, müğənni doqquz il sevgili olduğu Bülent Çavuşoğlundan ayrılandan sonra, adı həmkarı Hakan Altunla eşq dedi-qodularına qarışmışdı.
Bülent Çavuşoğlu Ajda Pekkanla sevgili olduqdan sonra arvadı Tugçe Eylik məhkəməyə müraciət edib və 2014-cü ildə ondan boşanıb.