Akademik Vasim Məmmədəliyev dəfn olundu – FOTOLARbackend

Akademik Vasim Məmmədəliyev dəfn olundu - FOTOLAR

Akademik Vasim Məmmədəliyev dəfn olunub.

KONKRET.AZ APA-ya istinadla bildirir ki, V. Məmmədəliyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklillər göndərilib.

Vida mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Xarici İşlər Nazirinin müavinləri Hafiz Paşayev və Xələf Xələfov, elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 – Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə “Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

V.Məmmədəliyev “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*