Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildibackend

Akif Çovdarovun yaxın adamının oğluna 204 min “atan” şəxsə cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirqəribd Səfərov (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Mirqəribd Səfərov müxtəlif şəxslərə həqiqətə uyğun olmayan məlumatlar verərək, tanışları vasitəsilə onları həbsdən azad etdirəcəyi və ya torpaq sahəsi satacağı barədə yalan vədlər verib, bununla da etibarlarından sui-istifadə edərək pullarını ələ keçirib.

Belə ki, o, zərərçəkmiş müxtəlif vaxtlarda ümumilikdə 344 000 manat məbləğində pul alaraq, dələduzluq edib və öz məqsədlərinə xərcləyib.

İş üzrə 3 zərərçəkmiş tanınır.

Zərərçəkmiş şəxslərdən biri məhkəmədə ifadə verərək bildirib ki, atası Şakir Hüseynov tikinti ilə məşğul olub, daha sonra həbs edilərək vəfat edib. Atasından sonra vərəsə kimi yarımçıq tikililəri dövlətə təhvil verib, sonradan isə atasının işini davam etdirmək məqsədilə Sumqayıtda torpaq sahəsi axtarıb. Bu zaman qonşusu vasitəsilə Məhəmməd adlı şəxslə, onun vasitəsilə isə Mirqəriblə tanış olub. Mirqərib Sumqayıtın 9-cu mikrorayonunda 1 hektar torpaq sahəsi təklif edib, çıxarış məsələsini həll edəcəyini və rəhbər şəxslərin adlarını çəkərək işin asan olacağına inandırıb.

Zərərçəkmişin sözlərinə görə, həmin sahəni bəyənib və ümumilikdə Mirqəribə 204 000 manat (120 000 ABŞ dolları) verib. Lakin əraziyə təhvil almağa gedərkən sakinlər orada tikintiyə imkan verməyəcəklərini bildiriblər. O zaman aldandığını başa düşüb və Mirqəribdən pulunu tələb edib. O qeyd edib ki, Mirqərib nə pulu qaytarıb, nə də dəymiş ziyanı ödəyib, əksinə, şantaj xarakterli hərəkətlər edib.

Zərərçəkmiş vurğulayıb ki, 120 000 ABŞ dollarını birdəfəyə verdiyi halda, ziyanın heç bir hissəsi ödənilməyib, yalnız qanuni müraciət etməklə torpaq sahəsini sənədləşdirə bilib.

Qeyd: “Şakir” MTK rəhbəri olmuş Şakir Hüseynov 125 nəfərin 3,5 milyonun pulunu dələduzluq yolu ilə ələ keçirib. Məlumata görə, Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, şirkətin əməkdaşları – İlham Hüseynov, Əşrəf Orucov və Telman Səlimov 2008-ci ildə həbs ediliblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 5 il sınaq müddəti olmaqla 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin edilməsi barədə qərar qəbul edib. Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə, Bakı Apellyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib. Məhkəmə şərti cəza almış Şakir Hüseynovun barəsində 10 il 6 ay müddətinə hökm elan edib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində olan hökmün isə qüvvədə saxlanılması barədə qərar qəbul edilib.

2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı Şakir Hüseynov 2016-cı ildə dünyasını dəyişib.

Mətbuatda yayılan məlumata görə, Şakir Hüseynov MTN generalı olmuş Akif Çovdarovun yaxın adamlarından biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*