Akif Əli: “Polisin əvvəlcədən qurulmuş əməliyyatın ssenarisindən xəbəri olub”backend

Akif Əli: "Polisin əvvəlcədən qurulmuş əməliyyatın ssenarisindən xəbəri olub"

“Bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə hücum edən silahlı şəxsin binaya girdiyi anın video görüntüsü yayılıb. Diqqətlə baxdıqda binanın qarşısında dayanan maşını arxadan gələrək vuran terrorçu maşınından düşəndə bir əlində avtomat, o biri əli ilə isə qapıdakı budkada keşik çəkən İran polisinə işarə edir; o, sanki “Ağayi, bu mənəm! Gəldim!” – deyib qaçaraq səfirliyə girir”. 

KONKRET. az xəbər verir ki, bu fikirləri tanınmış ictimai xadim, publisist Akif Əli öz facebook səhifəsində paylaşıb. O fikirlərini belə davam etdirib:

“Keşik çəkən polis nə səfirlik maşınının arxadan vurulmasına, nə silahlı adamın səfirlik binasına daxil olmasına heç bir reaksiya vermir. Hətta budkasından belə çıxmadan sakitcə öz işi ilə məşğul olur. Bu isə onu göstərir ki, polis əvvəlcədən qurulmuş əməliyyatın ssenarisindən xəbəri olub. O mütləq bir-neçə cinayət maddəsi ilə istintaqa cəlb edilməlidir…

Fars-molla rejiminin hakimiyyət nümayəndəsi sonradan öz geri zəkası ilə hadisənin guya şəxsi ailə-məişət zəminində törədildiyini deməklə, məsələnin üstünə dumanlı pərdə çəkib ört-basdır etmək istəyir.

Əlbəttə, bu ağıl ilə rejim ancaq sadəlövh, cahil adamları aldada bilər. Əminik ki, Azərbaycan Respublikasının Xüsusi Xidmət Orqanları ciddi araşdırma apararaq hadisənin bütün təfərrüatını aydınlaşdırıb cinayəti açacaqlar.

Və Azərbaycan dövləti ilə yanaşı, Cənubdakı 30 milyonluq Azərbaycan xalqının da fars-molla rejiminin qanlı cinayətinə adekvat cavabı olacaqdır. Şəhid vətəndaşımızın ruhu şad olsun! Terrorçunu zərərsizləşdirərkən əlbəyaxa döyüşdə yaralanan cəsur əməkdaşlara Tanrıdan şəfa diləyirik!”

Sevinc Paşayeva 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*