Akopyan: “10 mümkün variant var idi və sonda biz ölüm variantını seçdik”backend

Akopyan: "10 mümkün variant var idi və sonda biz ölüm variantını seçdik"

Otuz beş illik bir tarix arxada qaldı. Bu həmin tarix idi ki, yüz minlərlə insana ağrı-acı, göz yaşı gətirdi. Bu həmin tarixdir ki, yüz minlərlə insan öz doğma yurdundan didərgin düşdü. Amma hər şeyin başlanğıcı olduğu kimi, sonu da olurmuş. Qarabağ münaqişəsi birdəfəlik qapandı və tarixin arxivinə verildi. Bu tarix yüz illər  varaqlanacaq, öyrəniləcək, bir millətin başına gələn faciələr tədqiqat mövzusu olacaq. Ermənilərin Azərbaycana ərazi iddiaları barədə gələcək nəsillər xəbər tutacaq və bu toplumun vəhşi əməlləri  daim qınanılacaq. Bilmirəm, erməni tarixçiləri öz murdar keçmişlərini necə təqdim edəcəklər. Amma onların 35 illik son tarixi qanla, anaların ah-naləsi ilə yazılıb. Xəstə ideologiyanın daşıyıcıları 35 il ərzində viran qoyduqları Azərbaycan torpaqlarının işğalını legitimləşdirə bilmədilər və indi bunu edə bilmədiklərinə görə bir-birilərini ittiham edirlər.

KONKRET.az xəbər verir ki, erməni jurnalist Tatul Akopyan özünün Facebook səhfəsində yazır ki, “Paşinyan nizamlanma əvəzinə müharibə seçdi və bu da ermənilərin faciəsinə səbəb oldu”. Bu adamın ağlı hələ də kəsmir ki, Azərbaycan heç bir zaman işğalla barışmamışdı və ərazilərini gec-tez azad edəcəkdi.

Daha sonra erməni jurnalist qeyd edir ki, üçüncü dövlət bizim üçün 30 il danışıqlar aparsaydı, yəqin ki, belə şərəfsiz, alçaldıcı sonluğa çatmazdıq: “10 mümkün variant var idi və sonda biz ölüm variantını seçdik. 1988-ci ildə biz Qarabağa muxtar respublika statusu alsaq da, bununla razılaşmadıq. 1997-ci ildə biz Ermənistan Respublikasının davamı kimi 6,2 min kvadratkilometr ərazi ilə birlikdə Qarabağı və Laçını da qoruyub-saxlaya bilərdik. Üstəlik, boru kəmərləri və dəmiryolları da Ermənistan ərazisindən keçəcəkdi. Amma bir qrup cinayətkar buna imkan vermədi. Sarkisyanı, Koçaryanı və Oskanyanı Qarabağ və Ermənistan deyil, pul və şöhrət maraqlandırırdı. 1998-ci ildən 2018-ci ilə kimi Koçaryan və Sarkisyan rejimi inkişaf etdi. Milləti aldadaraq Qarabağ məsələsinin həll olunduğunu dedilər.

2018-ci ildə hakimiyyətə gələn  Paşinyan həll yoluna qayıtmaq əvəzinə, qumar oynadı və bizə 44 günlük fəlakət gətirdi. 9 noyabr 2020-ci il tarixli sənədə imza atmaqla Paşinyan Ermənistanın sonunu gətirdi. 2023-cü ilin avqustunda biz erməniləri statusu olmadan belə Qarabağda saxlaya bilərdik, lakin Koçaryan-Sarkisyan qruplaşması Qarabağda çevriliş etdi. Bu gün isə həmin qrupun nümayəndəsi Şahramanyan “DQR”in buraxılması haqqında sənəd imzalayıb. Ölüm ya azadlıq?! Biz ölmək qərarına gəldik və ölürük”.

Bu, bir erməninin şərəfsiz tarixləri barədə qeydləri idi. Onun qələmə aldığı bu “nisgil”in arxasında qonşu xalqa nifrət, düşmənçilik dayanır. “Biz ölmək qərarına gəldik və ölürük”, – deyən erməni jurnalistin milli mənliklərini itirmələri haqqında hayqırtısı idi. Amma tam son deyil, məşəqqətli günlər hələ qabaqdadır

Vəli Həsənov,

KONKRET.az

  • Fuad
    Sentyabr 29, 2023 - 13:32

    Ermənilərin anası Tamara ilk Tarixdə qəh.ə olub. İndi bacıları kimi gördükləri Kardaşiyan bu qəh.əliyi leqallaşdırıb porno ulduz olub. Yəni qəh.ədən əmələ gələn sort heç vaxt şərəfki tarix yaz bilməz …

    • Lalə
      Oktyabr 2, 2023 - 15:29

      Tamara yox Anahid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*