Akopyandan XƏBƏRDARLIQ: “Hökumət ölkədə qorxu mühiti yaratmaq istəyir”backend

Akopyandan XƏBƏRDARLIQ: “Hökumət ölkədə qorxu mühiti yaratmaq istəyir”

Milli Təhlükəsizlik Xidmətinin “Alfa” elit dəstəsi, müvafiq qərar qəbul edilmədən Zəngəzur Mis və Molibden kombinatının inzibati binasına girib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “news.am” saytına açıqlamasında “Hayastan” blokunun üzvü, Vaqe Akopyan bildirib:

“Sərhəddə bir erməni əsgəri məhv edilib, Azərbaycanda bizim vətəndaşlarımızı cəsus və terrorçu kimi mühakimə edirlər. Ancaq Milli Təhlükəsizlik Xidməti zavodun fəaliyyətini dağıtmaqla məşğuldur. Bunu yalnız hakimiyyətin qorxu atmosferi yaratmaq istəyi ilə izah etmək mümkündür” – deyə Akopyan vurğulayıb.

Vaqe Akopyanın sözlərinə görə, mis konsentratının ixracı ilə bağlı ciddi bir vəziyyət mövcuddur. Belə ki, 75 vaqona yüklənmiş məhsul gömrük orqanlarından keçmək üçün icazə gözləyir. Əgər belə getsə, mis konsentratını saxlamaq üçün yerimiz olmayacaq – Akopyan qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*