AKP-dən Öcalının çağırışına rəsmi münasibətbackend

AKP-dən Öcalının çağırışına rəsmi münasibət

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Efkan Ala PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına çağırışına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.

“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxırıq.

Terror təşkilatı bu çağırışı qəbul etsə, silahı yerə qoysa, yenidən toparlansa və dağılsa, Türkiyə buxovlarından qurtulmuş olar.

AK Partiya və prezidentimiz terroru Türkiyənin gündəmindən çıxarmaq üçün edilməsi lazım olan hər şeyi etdi. Nəticə vacibdir. Təşkilat çağırışa əməl edəcəkmi?

Terrorsuz Türkiyə olub-olmayacağını müzakirə edəcəyik. Kaş ki, mümkün olsun, amma Türkiyədə AK Partiya hökuməti qurulandan bəri terrorla çox effektiv mübarizə aparırıq. Terrorsuz Türkiyə mümkündür. Əgər çağırışa məhəl qoyulmasa, da Türkiyə artıq terrorla effektiv mübarizə aparır. Terrorla mübarizə ilə terrorsuz Türkiyə hədəfinə çata bilərik” , -E.Ala qeyd edib.//“Qafqazifo”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*