backend

Aksiz vergisinin artımı benzinin qiymətini qaldıra bilər

KONKRET.az xəbər verir ki, Qazaxıstanın iqtisadiyyat naziri Ruslan Dalenov ölkədə benzinin bir litrinə aksiz vergisini daha 4 qəpik artırmağın təklif edildiyini bildirib.

Senatda çıxışı zamanı nazir bildirib: “Hazırda benzinin hər litrində aksiz vergisi var, cəmi 3 qəpikdir. Artıq aksiz vergisini hər litrə görə 4 qəpik də artırmaq müzakirə olunur. Bildiyiniz kimi, büdcə xərcləri, sosial öhdəliklər də daxil olmaqla möhkəm artıb. Respublika büdcəsində sosial xərclər artıq 45 faizi keçib. Təbii ki, aksiz rüsumunu vasitəsilə büdcənin konsolidasiyasına ehtiyac duyulur. Qətnamə layihəsi artıq ictimaiyyət arasında müzakirə olunur. Müxtəlif təkliflər var, gözlənilən tarix 1 dekabrdır. Aksiz rüsumu şəklində hər litrə daha 4 qəpik əlavə alınması ehtimal olunur.

Bu gün Aİ-92 markalı benzinin qiyməti təxminən 66 qəpiyə başa gəlir. Aksiz vergi dərəcəsi cəmi isə 3 qəpikdir. Bu, qonşu ölkələrə baxanda çox azdır, hələ uzaq xarici ölkələri heç demirəm. Adətən aksiz rüsumu benzinin qiymətinin təxminən yarısını təşkil edir, amma bizdə cəmi 3 qəpikdir. Hər şey müzakirə olunur”.

Nəticədə, bir litr benzin üçün aksiz vergisi bütün markalar üçün 7-8 qəpik ola bilər.

“İki mümkün hal var – əgər aksiz vergisi köhnə qiymətin üzərinə əlavə olunarsa, yanacağın qiyməti 5-6% artacaq. Amma satış qiymətini saxlamaqla aksiz vergisini əlavə etdikdən sonra satış qiymətini artırmamaq da mümkündür. İkiqat artım barədə heç kim düşünmür. Hər şey gəlirlə mütənasib olmalıdır”, – deyə Dalenov çıxışını yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*