Aktrisa: Evdə oturub, işıqları söndürüb, saç yolmurambackend

Aktrisa: Evdə oturub, işıqları söndürüb, saç yolmuram

“Məncə, yüz faiz xoşbəxt insanlar ruhi xəstəxanada yatırlar”.

KONKRET.az olay-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Sənubər İsgəndərli deyib.

O bildirib ki, həyatının müxtəlif dövrlərində yaxşı və pis günləri olub:

“100 faiz xoşbəxtlik həyatda yoxdur. Büdrəmələr, səhvlər, gözəl günlər, uğursuz günlər var. Yaxşı günlərim də, ruhdan düşdüyüm anlar da olub. Qadın kimi nisbət götürəndə xoşbəxt qadınam. Ruhdan düşdüyüm vaxtlarda yardımım olur, doğmalar həmişə dəstəkdir.

Psixoloqların sözü var, deyirlər, sən özün özünə kömək edə bilərsən. Haradasa həqiqət var. Ruhdan düşdüyüm anlarda gözəl musiqi qoyub onu dinləyirəm. Birinci mahnıya köklənməsəm də, ikinciyə yavaş-yavaş fokuslanıram. Gözəl şeylər düşünürəm, başımı nəyləsə qatıram, harasa gedirəm. Evdə oturub, işıqları söndürüb, saç yolmuram. Çünki daha optimistəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*