Aktrisa Pərvin Abıyeva həmkarları ilə bağlı qalmaqallı açıqlama verib.
KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, “İncə səhər” verilişində qonaq olan aktrisa küsülü olduğu həmkarlarından danışıb.
Pərvin münasibəti olmayan aktyorlarla belə filmə çəkilməkdən boyun qaçırmadığını deyib:
“Sevmədiyim aktrisa ilə filmə çəkilirdik. O da məni sevmirdi. Mən onu səhnə adı ilə yaxşıca döymüşəm. Bunu çəkiliş meydançasındakılar da hiss etdi, bir az məsələ böyümüşdü. O həddini aşmışdı, mən də bu yolla payını vermişəm. O səhnədə döyülmə var idi, o məni vurmalı idi. Amma mən əksinə etdim. Buna baxmayaraq heç vaxt deməmişəm ki, hansısa aktyorla oynamıram. Bu professionallıq deyil”.