“Aktrisanın əri əlimdən tutmağa, mənə kömək etməyə, arxamda durmağa hazır olmalıdır”.
KONKRET.az xəbər verir ki, bunu Baku TV-də aktyor Kamran Ağabalayevin “Qapqara” verilişinə müsahibəsində aktrisa Zemfira Əbdülsəmədova deyib.
O, əri və həmkarı Ədalət Əbdülsəmədi tərifləyib: “Ondan çox razıyam. Doğrudur, söz-söhbət də olur, bəzən ümumi məxrəcə də gələ bilmirik. Üstəlik, xarakterlərimiz fərqlidir. O, Oğlaqdır, mən Balıq, amma ona dözürəm, amma bütün bunlara baxmayaraq arxamda dayanıb”.