Aktrisa yük maşınının kabinəsindən yıxılaraq öldübackend

Aktrisa yük maşınının kabinəsindən yıxılaraq öldü

Dünən gecə Qaşqadərya bölgəsində aktrisa Gövhər Şərifova yol qəzası nəticəsində ölüb.

Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin mətbuat xidmətindən KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna verilən məlumata görə, gecə saat 02:20-də 29 yaşlı sürücü İSUZU markalı yük maşınını idarə edərkən həmkəndlisi, 39 yaşlı Şərifova ilə mübahisə edib.

Sürücü Şərifovanın avtomobilin qapısını açdığını və avtomobildən çıxmağa çalışdığını görsə də, avtomobilin sürətini azaltmayıb, nəticədə aktrisa yolun kənarı ilə hərəkət edən avtomobilin kabinəsindən yıxılıb və ciddi bədən xəsarətləri alaraq ölüb.

“Məhkəmə tibbi ekspertiza bürosunun ilkin şəhadətnaməsinə əsasən, G.Şərifova yol qəzası nəticəsində aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb”, – deyə idarənin açıqlamasında bildirilir.

Gövhər Şərifova 1980-ci ildə Nəvai şəhərində anadan olub. 2001-ci ildə Daşkənd Dövlət İncəsənət İnstitutunu (indiki Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu) dram və teatr ixtisası üzrə bitirib. Özbək Milli Akademik Dram Teatrında işləyib. Bir çox filmlərdə baş rolun ifaçısı olub, cizgi filmlərinin səsləndirilməsində iştirak edib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Şərifova təkcə aktrisa kimi deyil, həm də şairə kimi tanınıb, bir çox şeirlərin müəllifidir ki, onlarda bəzisinə musiqi də bəstələnib və ölkənin tanınmış müğənniləri həmin mahnıları ifa ediblər.

“ÖzbəkKino” Milli Agentliyinin və Özbəkistan Kinematoqrafçılar Birliyinin kollektivi aktrisanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*