“Arka Sokaklar”ın Mesutu Şevket Çoruh viral olan “yaraq” epizodu ilə bağlı danışıb.
KONKRET.az xəbər verir ki, “Kafa” TV-də qonaq olan sənətçi həmin epizoddakı cinayətkar obrazının azərbaycanlı olduğunu deyib:
“Səhv etmirəmsə, burda Azərbaycandan gələn bir cinayətkar idi. Azərbaycanda da silaha “yaraq” deyildiyi üçün belə bir dialoq yarandı. O da silahı göstərib “bunu ye” deyir, mən də “yeyərik” deyirəm. Çox danışılan bir epizoddur”.//Olay