Aktyor Rza Rzayevlə bağlı yeni qərar – Cəzası azaldıldıbackend

Aktyor Rza Rzayevlə bağlı yeni qərar - Cəzası azaldıldı

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin cəzası azaldılıb.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim İlham Cəfərzadənin qərarı ilə Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.

Xatırladaq ki, o, “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*