Aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxdıbackend

Aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxdı

Əməliyyat edilən aktyor Vüsal Murtuzəliyevin son vəziyyəti açıqlanıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, aktyorun bacısı Dilarə Əliyeva bildirib ki, o, artıq reanimasiyada deyil, amma hələ də xüsusi nəzarət altındadır.

“Həkimlər yanına heç kimi buraxmırlar, çünki bərpa dövründə olduğu üçün infeksiya yoluxa bilər”, – Dilarə Əliyeva qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*