Azərbaycana ilk qədəm basan insanı təəccübləndirən şey bu xalqın həddən ziyadə qonaqpərvərliyidir. Azərbaycanlılar çox gözəl insanlardır. Onlar daim inkişaf edir, dəyişir. Ancaq, bir şey dəyişmir-ermənilər haqqında fikirləri. Azərbaycanlılar nəzakətli və səmimidirlər. Eyni zamanda hiyləgərliyi bacarmırlar. Həqiqətən Azərbaycan qonaq anlayışının ən müqəddəs olduğu yerdir. Bura “Qonaqlarım var” deyərək ən təcili məsələləri təxirə salan ölkədir. Və heç kim aldıqları cavab üçün əks sual verməz.
Bu qədər gözəl xüsusiyyətlərin müqabilində ermənilərə qarşı bəslənilən münasibət bir o qədər təəccüblüdür. Bu yanaşma o qədər güclüdür ki, havadan asılmış kimi görünür və necə deyərlər üstündə balta asa bilərsiniz.
Azərbaycanda uzun müddətdir ki, ermənilərlə bütün əlaqələr kəsilib. Ermənistandan gələn qonaqlar haqqında danışmaq sadəcə gülüncdür. Pasportlarında erməni möhürü olan turistlərin Azərbaycanda problemləri ola bilər .Üstəlik, erməni soyadının sahibi, vətəndaşlığından və qanından asılı olmayaraq Azərbaycana heç vaxt giriş hüququ qazana bilməz.
Azərbaycan şüurundakı ermənilər yadplanetlilərin və xəyalların qarışığına bənzəyirlər. Azərbaycanda hər hansı bir günah və pis hərəkət ermənilərin xarakterləri ilə inandırıcı şəkildə izah edilə bilinir.
Sonda sizlərə bir məsləhət verim. İstənilən azərbaycanlı ilə erməni mövzusunda mübahisəyə girişməyin.Əks təqdirdə arzuolunmaz vəziyyətlə üzləşə bilərsiniz. Çünki bu məsələ milli heysiyyat səviyyəsində qədər yüksəlib.
Aleksandr Budenko
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az