Nə Moldova, nə Ukrayna, nə də Gürcüstan indiki formada Avropaya inteqrasiyaya tam cavab vermir.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.
Ekspert bildirib ki, bu, siyasi qərardır və sırf Ukrayna müharibəsi və Avropa ilə Rusiya arasındakı qarşıdurmaya görə qəbul edilib: “Üstəlik, Gürcüstan Avropa İttifaqına üzv olmağa Ukrayna və Moldovadan qat-qat hazır idi. Bununla belə, Ukrayna və Moldova Aİ-yə üzvlüklə bağlı danışıqların başlandığı ölkələrə, Gürcüstan isə yalnız namizədə çevrilib. Avropa İttifaqının bu qədər açıq siyasi mövqeyini xatırlamıram. Bu tamamilə fərqli bir vəziyyətdir. Əgər Ukrayna, Moldova və Gürcüstan hazırkı durumda Avropa Birliyinə daxil olsalar, o, başqa Avropa İttifaqı, başqa təşkilat və başqa reallıq olacaq. Bundan sonra nəyin baş verəcəyi Ukrayna müharibəsinin nəticələrindən və Qərbin Rusiya ilə münasibətindən asılıdır. Ermənistanın bu prosesdə hansı rolda iştirak edib-etməyəcəyi Ukrayna müharibəsindən və Rusiyanın Avropa ilə münasibətindən sonra bilinəcək”.
Vəli Həsənov,
KONKRET.az