Aleksandr Lukaşenko Aİİ-nin sammitində Azərbaycandan danışdıbackend

Aleksandr Lukaşenko Aİİ-nin sammitində Azərbaycandan danışdı

“Aİİ-də üçüncü dövlətlərlə işləmək, üzv dövlətlərin nəqliyyat, logistika, rəqəmsal infrastrukturun birgə inkişafında mühüm rol oynayır”.

KONKRET.az “Belarus Today”a istinadən xəbər verir ki, bunu dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının iclasında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko qeyd edib ki, infrastruktur imkanlarının birləşdirilməsi nəqliyyat, logistika məkanı yaratmaq vəzifəsinin həllini təmin edə bilər: “Bu cür səylərin birləşməsinə yaxşı nümunə Prezident Putinin təşəbbüsü ilə Azərbaycan və İranın iştirakı ilə həyata keçirilən Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. Bu, nəqliyyat logistikasında sıçrayış olacaq. Bu layihəyə dinamikanın verilməsi vacibdir. Heç bir halda kağız üzərində qalmamalıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*