Serbiya prezidenti Aleksandr Vuçiç “Şimal axını”nın tezliklə Avropaya axacağını bildirib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Serbiya lideri bunu Almaniyanın “Handelsblat”t qəzetinə müsahibəsində bildirib: “Mənim proqnozum belədir ki, bir ildən gec olmayaraq “Şimal axını” amerikalı investora məxsus olacaq və qaz Rusiyadan Avropaya axacaq”, -deyə Serbiya prezidenti bildirib. Vuçiç əlavə edib ki, “Şimal axını”nın işə salınmasına cəmi bir il qalıb. Bundan əvvəl Sergey Narışkin bildirmişdi ki, Rusiya xüsusi xidmət orqanlarında “Şimal axını”na terror aktında ABŞ və Böyük Britaniyanın iştirakı ilə bağlı məlumatlar var . Bu arada Vaşinqton və Londonun nəzarətində olan strukturlar və media israr edir ki, boru kəmərlərini guya ukraynalılar özləri partladıblar.
Vəli Həsənoğlu,
KONKRET.az