Aleksey Fenenko: “Azərbaycan Ordusuna edilən hücumların arxasında erməni müxalifəti dayanır” – SENSASİYAbackend

Aleksey Fenenko: “Azərbaycan Ordusuna edilən hücumların arxasında erməni müxalifəti dayanır” - SENSASİYA

Qarabağ müharibəsinə son qoyan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamənin icrasını pozmağa çalışan erməni müxalifət qüvvələri Baş nazir Nikol Paşinyandan hakimiyyəti almaq məqsədi ilə Azərbaycan vətəndaşlarına silahlı hücumlarından da istifadə edəcəklər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsi beynəlxalq təhlükəsizlik bölməsinin dosenti Aleksey Fenenko deyib. O əlavə edib ki, “Bu təxribatlar Ermənistan daxilindəki güc mübarizəsi ilə yaxından əlaqəlidir. Qeyd edək ki, təxribat Nikol Paşinyan şənbə günü erkən parlament seçkilərinə gedə biləcəyini söylədikdən sonra törədilib. Artıq İrəvanda Paşinyanın yerinə Azərbaycanla danışıqlar apara biləcək və güzəştlərə hazır olan bir adam axtarılır. Baxmayaraq ki, müxalifətin vahid namizədi var. Lakin Vazgen Manukyan kimi bir revanşist yeni bir silahlı qarşıdurma, qisas üçün müharibə eşqindədir. Bu isə nə Moskvanın, nə də ki Ermənistanın siyasi maraqlarına uyğun gəlmir”.

“Fakt budur ki, müxalifət Ermənistan vətəndaşlarına Azərbaycan əraziləri uğrunda yenidən döyüşməyə hazır olduqlarını göstərmək istəyirlər. Bunun üçün noyabr ayında imzalanmış üçtərəfli Bəyannamənin icrasını pozmağa da cürət edəcəklərini söyləyirlər. Lakin Ermənistandakı az-çox praqmatik olan qüvvələr mükəmməl bir şəkildə başa düşürlər ki, yeni müharibə Ermənistan üçün yeni bir məğlubiyyətlə başa çatacaq” – deyə Aleksey Fenenko bildirib.

Mütəxəssis vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinin hələ də Azərbaycan torpaqlarında qalmasının heç bir mənası yoxdur. Çünki Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi Azərbaycan hakimiyyətinin zəmanətləri ilə yanaşı, Rusiya sülhməramlıları tərəfindən təmin olunur. “Artıq Azərbaycanla Ermənistan arasında yeni qarşıdurma üçün heç bir əsas yoxdur. Amma müəyyən problemlər var. Bu isə silahla deyil, danışıqlar yolu həl ediləsi problemlərdir. Bir daha deyirəm: Qarabağda olan silahlı dəstələr Ermənistan siyasi dairələri tərəfindən idarə olunr. Bu işdə keçmiş Baş nazir Vazgen Manukyanın daha böyük rolu var. O vaxtilə müdafiə naziri işləyib. Və ordu arasında müəyyən nüfuzunu saxlayıb.  Ona görə də Qarabağda qalan silahlı erməni dəstələri təkcə Bakını deyil, eləcə də İrəvanı da hədələyir. Və bu dəstələr bir gecədə İrəvanda peyda ola bilərlər. Bu ehtimal isə Ermənistanı sonu görünməyən vətəndaş müharibəsinə sürükləyə bilər”.

Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*