“Ermənistan Azərbaycan qoşunları tərəfindən sülhə məcbur edildi. Çünki uzun illərdir Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə düşünmək istəmirdi”.
KONKRET.az xəbər verir ki, bu fikirləri M.Muski adına Moskva Dövlət Universitetinin Dünya Siyasət Fakültəsi Beynəlxalq Təhlükəsizlik Bölməsinin dosenti Aleksey Fenenko Vətən Müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər Paradını şərh edərkən deyib. O, əlavə edib ki: “Dağlıq Qarabağ münaqişəsini müharibəsiz həll etmək mümkün deyildi. Çünki erməni tərəfi bu məsələni sülh yolu ilə həll etməyə çalışmadı. Son 30 ildə demək olar ki, bu problemin həlli üçün müxtəlif təkliflər gördük. Rusiya, Azərbaycan, eləcə də ABŞ və Fransanın müxtəlif təklifləri oldu. Ancaq erməni nə təklifləri yaxın buraxdı, nə də bir təklif vermədi”.
Ekspert əlavə edib ki: “Vəziyyət yalnız Nikol Paşinyan hakimiyyətə gələndə pisləşdi. Ondan əvvəlki prezidentlər danışıqlar prosesinin görünüşünü birtəhər qorumağa çalışırdılar. O isə danışıqlar prosesini dayandırdı. Hakimiyyətə gəlmək üçün 9 may 2018-ci il tarixində Paşinyan Qarabağ torpağının bir qarışından da əl çəkməyəcəyini dedi. Əslində bununla da dialoqdan imtina etdiyini göstərdi. Eyni zamanda, bu ölkə Rusiyanı da incik saldı. Bu halda Azərbaycanın iki yolu qalırdı: torpaqları zorla geri qaytarmaq və ya Paşinyana vermək. Azərbaycan ilk yolu seçdi və qələbə qazandı. Bu da Ermənistanın sülh yolu ilə nizamlanma prosesindən imtinasının məntiqi nəticəsi oldu.
“Əlavə edim ki, Ermənistan rəhbərliyi Azərbaycanın hərbi əməliyyat keçirəcəyinə qərar verəcəyini gözləmirdi. Ona görə də Paşinyan məsuliyyətsiz çıxışlar edirdi. “İrəvanda “Fransa bizim yanımızda, ABŞ bizim yanımızda, biz Qafqazdakı Qərb sivilizasiyasının nümayəndələriyik”, – deyən Paşinyan son nəticədə Parisdən və ya Vaşinqtondan heç bir əsaslı kömək görmədi. Və məcburən Paşinyan razılaşmaya qol çəkd”i – deyə Fenanko əlavə edib.
Müharibədən sonrakı şəraitdə hələ də Ermənistanda gərginlik var. “Çox şey İrəvanda kimin hakimiyyətdə qalacağından asılı olacaq. Yaxşı olardı ki, Paşinyanın əvəzinə ölkəyə müxalifət tərəfindən irəli sürülən Vazgen Manukyan kimi bir radikal deyil, Azərbaycanla birbaşa dialoqa qayıda bilən bir siyasətçi hakimiyyətə gəlsin. İndiki halda Ermənistanın da iki yolu var. Ya Qarabağla bağlı bütün fikir ayrılıqlarının Bakı ilə həll edilməsi və ya revanşizm. Ancaq İrəvanın xüsusi intiqam alma şansı yoxdur”, – deyə Fenenko fikrini tamamlayıb.
Surxay Atakişiyev,
KONKRET.az