Aleksey Leonkov: “Polşa Ukraynaya qoşun yeridərsə, Rusiya ilə baş-başa qalacaq”backend

Aleksey Leonkov: “Polşa Ukraynaya qoşun yeridərsə, Rusiya ilə baş-başa qalacaq”

“NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib ki, alyansın Vilnüsdə keçiriləcək sammitində NATO Kiyevə təhlükəsizlik zəmanəti vermədiyi təqdirdə Polşa və Baltikyanı ölkələr Ukraynaya qoşun yeridə bilər. Belə olan halda həmin ölkələr Rusiya ilə müharibədə tək qalacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi ekspert Aleksey Leonkov danışıb:

“Əgər Polşa bunu təkbaşına edirsə, o zaman başa düşməlisiniz ki, bu, NATO müqaviləsinin beşinci maddəsini əhatə etmir. Bütün bu təşəbbüslər onlar üçün ölümcüldür. Polşa qoşun göndərməyə başlasa, bu, NATO ilə Rusiya arasında deyil, Polşa ilə Rusiya arasında müharibəyə səbəb olacaq. Baltikyanı ölkələrin qoşunları – beş-yeddi min nəfər, təxminən üç briqada ola bilər ki, o da məhv olsa, həmin dövlətlər ordusuz qalacaq”.

Qeyd edək ki, bundan əvvəl Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Polşa hakimiyyəti Ukrayna torpaqlarını ilhaq etmək üçün Qərbi Ukraynada referendum keçirmək istəyir. Söhbət Lvov, Ternopil, İvano-Frankivsk, Volın və Rivne bölgələrindən gedir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*