“Bu gün bütün Ermənistan vətəndaşları, bütövlükdə ermənilər düçar olduqları böyük xəcalət üçün günahkar axtarırlar. Bu zaman baxışlar hərlənib, fırlanıb Nikol Paşinyanın üzərində dayanır. Bu da təsadüfi deyil. Çünki dövlət başçısı kimi pis nə varsa, hər şeyə görə o cavabdehdir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Yeni dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov “Vesti FM”-in efirindən səsləndirib. O əlavə edib ki, “3 gündür Ermənistanda matəmdir. Hələlik hamı susur. Amma bu 3 gün keçəcək və xalq günahkarın cəzalandırılmasını istəyəcək. Paşinyan bu cəzanı nə qədər tez qəbul etsə, erməni xalqı bir o qədər az itirər. Ermənistanın fəlakətində Nikol Paşinyanı tərifləyənlər də eyni dərəcədə günahkardırlar”.
KONKRET.az