Aleksey Navalnı indi necə göründüyünü göstərdi: “Sizdən ötrü darıxıram” – FOTObackend

Aleksey Navalnı indi necə göründüyünü göstərdi: "Sizdən ötrü darıxıram" - FOTO

Berlinin Charite klinikasında olan rusiyalı bloger Aleksey Navalnı komadan çıxdıqdan sonra ilk fotoşəkili sosial şəbəkələrdə yayımlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda o, İnstagram səhifəsində yazıb.

“Salam, bu Navalnıdır. Sizdən ötrü darıxıram. Mən hələ də demək olar ki, heç nə bacarmıram, amma dünən bütün günü özüm nəfəs ala bildim. Ümumiyyətlə, özüm. Heç bir kənar yardım, hətta boğazımda ən sadə ventil istifadə edilmədi. Çox xoşuma gəldi. Gözəl, qiyməti olmayan proses. Tövsiyə edirəm”. Navalnı duyğularını bildirib.

Berlin həkimləri onun süni nəfəs aparatından ayrıldığını və yataqdan özbaşına qalxa bildiyini deyiblər.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*