Rusiyalı ekspert: “KTMT-də iki ölkə Azərbaycana Ermənistandan daha yaxındır”backend

Rusiyalı ekspert: "KTMT-də iki ölkə Azərbaycana Ermənistandan daha yaxındır"

“KTMT Kremlin qolu deyil. Bu, altı ölkəni özündə birləşdirən çoxmillətli təşkilatdır, onlardan ikisi Azərbaycana Ermənistandan daha çox yaxın münasibətdədir”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı sosioloq, beynəlxalq məsələlər üzrə ekspert Aleksey Tokarev Ermənistanın KTMT-yə iddiaları ilə bağlı sualı cavablandırarkən deyib.

“Böyük təşkilatlarda belə olur. Məsələn, NATO-ya Türkiyə və Yunanıstan daxildir, onların da münasibətləri o qədər də yaxşı deyil. Yaxud Türkiyə NATO-ya daxil olma prosesində Finlandiya və İsveçi çox uzun müddət blokladı. Finlandiya qəbul edildi, İsveç hələ də qəbul edilməyib. Çünki Rəcəb Tayyib Ərdoğan və ümumilikdə Türkiyə hesab edir ki, İsveç kürd terrorçularına sponsorluq edir və onlara sığınacaq verir”, – deyə rusiyalı ekspert bildirib.

Onun sözlərinə görə, KTMT deyərkən Rusiya nəzərdə tutulur, amma KTMT Rusiya hökumətinin qolu deyil:

“Bu, prezident administrasiyasının rəhbərinin zəng edib nə etməli olduqlarını deyə bildiyi bölmə deyil… Niyə hamınız məndən KTMT-nin cavab vermədiyini soruşursunuz?” – deyə Aleksey Tokarev sual edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*