Xlopotov: “Bakı ilə hərbi sahədə yarışmaq cəhdi Ermənistandakı revanşist qüvvələr üçün belə mənasızdır”backend

Xlopotov: “Bakı ilə hərbi sahədə yarışmaq cəhdi Ermənistandakı revanşist qüvvələr üçün belə mənasızdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya televiziyasına müsahibəsində Ermənistanın silahlanmasının Bakını ciddi narahat etdiyini deyib. Prezidentin sözlərinə görə, Ermənistanın silahlanma yarışı fəlakətli yoldur və İrəvan buna tab gətirməyəcək. İrəvan silahların böyük hissəsini Qərbdən pulsuz və ya kreditlə alsa da Bakı ilə rəqabətə girə bilməz.

“İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri onlar tərəfindən unudulmamalıdır”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

İrəvan silahlanma yarışı və qisas yolunu seçərkən nə düşünür? O, kimin dəstəyinə arxalanır? Rusiyalı hərbi ekspert Aleksey Xlopotovun fikrincə  , Ermənistanın sadəcə olaraq silahlanma yarışı məsələsində kifayət qədər gücü və pulu yoxdur: “Ermənistanın Qərbə doğru can atması açıq-aşkar onları fəlakətə sürükləyir. Xüsusən də Paşinyanın KTMT ilə münasibətləri dondurmaq barədə bəyanatlarından sonra. Yəni mənim fikrimcə, Ermənistanın baş naziri praktiki olaraq aydın şəkildə bəyan etdi ki, geriyə dönüş yoxdur. Yaxşı, belə çıxır ki, İrəvan öz mühafizəsini kiməsə həvalə etməlidir. Ermənistan burada  Fransanı seçir. Lakin aydındır ki, bu cür sövdələşmələr birtərəfli ola bilməz. İrəvan da Parisin iştahını ödəmək üçün bu cür dəstəyə nəyisə qurban verməlidir”.

Rusiyalı ekspertin fikirincə Ermənistanın fransız silahlarını alması bir növ siyasi örtüyü dəyişməyə hesablanıb:

“Çünki Ermənistana Fransa silahlarının tədarükü qətiyyən heç nəyi həll etməyəcək. 100 top və 300 tankın alınması Azərbaycanın hərbi potensialı ilə müqayisədə güc balansını dəyişməyəcək. Azərbaycanın bu sahədə Türkiyə və İsraillə əməkdaşlığını nəzərə alsaq, Ermənistanın yeni cəhdləri gülməli görünür.

Ona görə də Azərbaycanla yeni müharibə, Bakı ilə yarışmaq cəhdi, məncə, Ermənistandakı ən revanşist qüvvələr üçün belə mənasızdır. Onların bu addımı  daha çox daxili təbliğata hesablanıb.

Bununla əhaliyə nümayiş etdirilir ki, Ermənistan bütün hərbi uğursuzluqlara baxmayaraq, öz siyasətini yenidən formatlayıb və Qərb silahlarının gücü ilə təhlükələrə tab gətirə bilir.

Mənə elə gəlir ki, sülh müqaviləsinin imzalanması məsələsi yubanacaq, çünki Ermənistanda hələ də müəyyən revanşist əhval-ruhiyyə var. Çünki həm Rusiyada, həm də Ermənistanda zombiləşdirilmiş jinqoistlər var və bütün dinc təşəbbüslər belə insanlardan əziyyət çəkir”.

Vəli Həsənoğlu,

KONRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*