Alen Simonyan Bakıda saxlanılan separatçılardan danışdıbackend

Alen Simonyan Bakıda saxlanılan separatçılardan danışdı

“Həmişə bütün söhbətlər zamanı məhbuslarla (söhbət Bakıda saxlanılan erməni separatçılarından gedir) bağlı iş aparılır. Mümkün deyil ki, hansısa görüşdə məhbuslarla bağlı danışıq olmasın”.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 4-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla sülh prosesindən danışarkən deyib.

“Məncə, bu barədə geniş danışmaq düzgün deyil, çünki vaxt tələb edir. Müharibədən sonra 100-dən çox əsirimiz var idi, indi 23 əsir haqqında məlumat təsdiqlənib. Bilməyinizi istəyirəm ki, bu, gündəmimizdəki mühüm müzakirə mövzularından biridir”, deyə o, qeyd edib.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bütün tribunalarda bəyan edib ki, Azərbaycan konstitusiyasına, dövlətçiliyinə, suverenliyinə, xalqına qarşı vuruşan, müxtəlif açıqlamalar verən separatçılar qanun qarşısında cavab verəcəklər.
Onların dəyişdirilməsi, qarşı tərəfə ötürülməsi müzakirə mövzusu olmayıb və heç vaxt da olmayacaq.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*