“Baş nazir Nikol Paşinyanın Sankt-Peterburqa səfərini geri addım hesab etmirəm”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Bilirsiniz ki, biz Rusiya ilə eyni iqtisadi ittifaqdayıq, müştərək iqtisadiyyatımız var. Biz təmsil olunduğumuz təşkilatın rəhbəri vəzifəsini tutmaq fürsətini əldən verə bilmərik. Bu, Ermənistana lazımdır. Ermənistan heç vaxt geri addım atmaqla bağlı rəsmi açıqlama verməyib. Mən də dekabrın 19-da KTMT-nin iclasına getməmişəm. Bizim KTMT-nin bu günə qədər mövcud olan fəaliyyətinə ciddi şübhələrimiz var. Bir addım irəli, bir addım geri atmağımızı dilə gətirməyə hələ tələsməyin. Bunun nə ilə əlaqəli olduğunu söylədim. Ermənistan öz məqsədlərinə çatmağa davam edəcək”, – deyə Simonyan bildirib.
Vəli Həsənov,
KONKRET.az