“Qarabağın keçmiş “xadimləri”nin bəyanatlarına fikir vermək düzgün deyil”.
KONKRET.az aysor.am saytına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, baş verən hadisələrə mümkün qədər müdaxilə etməsələr və sussalar daha yaxşı olar. Nə qədər müdaxilə etsələr də, bunun nəticəsini gördük”, deyə o, qeyd edib.
Simonyan vurğulayıb ki, Ermənistanda bir hakimiyyət var və onlar bu hakimiyyətə tabe olmalı, ayrıca gündəm formalaşdırmamalıdırlar:
“Əgər birdən səhv etsələr, buna imkan verməyəcəyik”.
Günel Mikayılova,
KONKRET.az