Azərbaycan Ordusu 44 günlük müharibə ilə 30 illik vətən, torpaq həsrətinə son qoydu. Azərbaycan bu qələbəni əsgərlərinin, zabitlərinin qanı, canı bahasına əldə etdi. Amma bu tarixi qələbənin digər qəhrəmanları olan həkimlərimizin də əməyi danılmazdır.
Müharibənin ən şiddətli bölgələrinə könüllü yazılan və gecə-gündüz bilmədən, yaralı əsgərlərimizin sağalması üçün əllərindən gələni edən yüzlərlə tanımadığımız qəhrəman həkimlərimiz var.
KONKRET.az xəbər verir ki, Musavat Tv-nin təqdim etdiyi qəhrəman həkimimiz Əlif Hüseynzadə də məhz dediyimiz həkimlərdəndir. 1-ci Qarabağ müharibəsində qaçqınçılıq həyatı yaşayan həkim uzun illərdi torpaqlarımızın işğaldan azad olunması gününü gözləyirdi. Məhz həmin məqam yetişən kimi, o, könüllü olaraq ön cəbhədə tibbi fəaliyyət göstərməyə yollandı.
Əlif həkim, 44 günlük müharibəni həkimlik həyatının ən unudulmaz və şərəfli günləri hesab edir.
Daha ətraflı müsahibəni videomatrealımızdan izləyə bilərsiniz: