Alıcılara MÜJDƏ – Bu maşınlar 50 faizə qədər UCUZLAŞDIbackend

Alıcılara MÜJDƏ - Bu maşınlar 50 faizə qədər UCUZLAŞDI

Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə iki gün qalıb. İyulun 1-dən istehsal tarixi 15 ildən artıq olan avtomobillərin bu sahədə fəaliyyəti mümkün olmayacaq. Digər tərəfdən, utilizasiya prosesinin başlanması da köhnə maşınların satışına mənfi təsir göstərir.

Hazırda avtomobil bazarında buraxılış ili köhnə olan maşınlara demək olar ki, tələbat yoxdur. Taksi dövriyyəsindən çıxan avtomobillər isə dəyər-dəyməzinə satılmağa başlayıb.

Bəs görəsən, bu tendensiya davamlı olacaqmı?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, hazırda taksi şirkətləri öz avtomobil parklarını daha çox yerli istehsal olan maşınlarla doldurmağa üstünlük verir:

“Son zamanlar müşahidə edirik ki, taksi parkları daha çox yerli istehsal olan avtomobillər almağa üstünlük verir. Bunlar əsasən, Neftçala, Hacıqabul sənaye parkında istehsal olunan “Chevrolet” markalı avtomobillərdir. Çünki biz öyrəşmişik ki, taksidə avtomobil sedan olsun. Bunu nəzərə alaraq, biz şəhərdə daha çox “Chevrolet” markalı yeni taksiləri müşahidə edirik. Onların satış tempinə baxanda görürük ki, taksi şirkətləri daha çox bu qəbildən olan maşınlara meyillidir. Ölkəmizdə baş tutan və tutacaq beynəlxalq tədbirləri nəzərə alsaq, elektrik mühərrikli avtomobillər də taksidə geniş şəkildə istifadə olunmağa başlayıb. Təkcə aşağı və orta deyil, yuxarı seqment Çin avtomobilləri də var ki, taksi şirkətləri tərəfindən alınır. Amma kütləviliyi və daha çox satışı götürsək, sözsüz ki, yerli istehsal avtomobillərin önü daha da açılıb”.

Eyyub Əliyev qeyd edib ki, iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə verilməyəcək avtomobillər 50 faizdən çox ucuzlaşacaq:

“Ümumiyyətlə, təkcə taksi sektorunda deyil, son zamanlar verilən qərarlardan sonra bütün nəqliyyat vasitələrində tendensiya dəyişib. Artıq son zamanlar ikinci əl avtomobillərin satışı azalıb və onların qiymətinin nisbətən aşağı düşdüyünü müşahidə edirik. Əsasən, yay aylarında qiymət artımı olsa da, bu il əksinə baş verib. Təkcə taksidə istifadə olunan “Prius”larda deyil, ikinci əl maşınların demək olar ki, hamısında 15-20 faizə qədər ucuzlaşma var. Lakin sırf taksidə istifadə olunan avtomobillərə gəldikdə, qiymətlərin hətta 50 faizə qədər ucuzlaşdığını görürük. Çox güman ki, bundan sonra da onların qiymətində kəskin ucuzlaşma olacaq. Bu maşınlar yəqin ki, artıq paytaxtdan kənara çıxacaq və bölgələrə aparılacaq. Belə olduqda paytaxtın avtomobil parkı yenilənəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*