Alim maaşı ilə şadlıq sarayı – Etibar Əliyevdən İsa Həbibbəyli ilə bağlı ŞOK SÖZLƏRbackend

Alim maaşı ilə şadlıq sarayı – Etibar Əliyevdən İsa Həbibbəyli ilə bağlı ŞOK SÖZLƏR

Sabiq deputat Etibar Əliyevin akademik İsa Həbibbəylinin sosial durumu ilə bağlı paylaşımı geniş müzakirələrə səbəb olub.

O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin aldığı gəlirlər və ailə üzvlərinin fəaliyyəti barədə bir sıra maraqlı məqamları gündəmə gətirib.

Etibar Əliyevin paylaşımına əsasən, İsa Həbibbəyli üç çağırış Milli Məclisin deputatı olub və bu səbəbdən yüksək məbləğdə deputat təqaüdü alır. AMEA-nın prezidenti kimi aylıq maaşı 4080 manat təşkil edir. Bundan əlavə, akademik adına görə 2000 manat əlavə ödəniş də alır. O, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun da direktorudur.

Əliyev qeyd edir ki, sıravi akademiya əməkdaşları orta hesabla 500 manat maaş aldıqları halda, rəhbərliyin gəlirləri bundan qat-qat yüksəkdir. Həbibbəylinin sahibi olduğu “Karvan” şadlıq sarayının da ciddi gəlir gətirdiyi bildirilir.

Etibar Əliyev, həmçinin akademikin ailə vəziyyətinə toxunaraq, övladlarının da özlərini yaxşı dolandıra bildiyini yazıb. O, xüsusilə İsa Həbibbəylinin oğlu, Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəylinin məhkəmədə verdiyi məlum ifadəyə istinad edir:

“Gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5–3 milyon dollarını rəhbərliyə çatdırırdım”, – deyə Səhət Həbibbəylinin ifadəsi sosial şəbəkələrdə rezonans doğurub.

Etibar Əliyev fikrini istehza ilə yekunlaşdıraraq yazıb:

“Bunların pulunu heç Süni İntellekt də saya bilməz…”

Hazırda bu iddialarla bağlı İsa Həbibbəylidən və ya rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*