Aliment verənlərin NƏZƏRİNƏ: Bu halda güzəşt ediləcəkbackend

Aliment verənlərin NƏZƏRİNƏ: Bu halda güzəşt ediləcək

Nikah pozulduqdan sonra aliment məsələsi cəmiyyətdə ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Bəs ananın maaşı atanın gəlirindən yüksəkdirsə, bu halda ataya alimentlə bağlı güzəşt edilə bilərmi? Uşağın ananın yanında qalması avtomatik olaraq atanın maddi öhdəliyini davam etdirirmi, yoxsa valideynlərin gəlir səviyyəsi bu məsələdə həlledici rol oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmək hüquqları üzrə ekspert Etibar Qarayev bildirib ki, bu hal atanın aliment ödəməkdən azad olunması üçün əsas sayılmır.

Ekspertin sözlərinə görə, boşanma zamanı uşaq ananın yanında qalırsa, ana gündəlik qayğıları, tərbiyə və məişət tələbatlarını qarşılayaraq öz valideynlik vəzifəsini yerinə yetirmiş sayılır. Bu halda atanın üzərinə düşən əsas öhdəlik uşağın maddi təminatıdır.

“Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar və bu öhdəlik hər iki valideyn üçün bərabərdir. Hüquqlar bərabər olduğu kimi, vəzifələr də eynidir. Ananın atadan daha yüksək maaş alması atanın aliment ödəməməsi üçün hüquqi əsas yaratmır. Uşaq ananın yanında qalırsa və ana onun bütün qayğılarını çəkirsə, atanın borcu maddi dəstəyi davam etdirməkdir. Atanın maaşı anadan az olsa belə, aliment öhdəliyi qüvvədə qalır”, – deyə ekspert vurğulayıb.

Qarayev əlavə edib ki, yalnız məhkəmə qaydasında, xüsusi hallar nəzərə alınmaqla alimentin məbləğinə yenidən baxıla bilər, lakin ümumilikdə ananın yüksək gəliri alimentin ləğvi demək deyil.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*