Alimlər 46 min illik qurdları CANLANDIRDIbackend

Alimlər 46 min illik qurdları CANLANDIRDI

Alimlər Sibirin daimi donmuş torpaqlarında 46 min ildir yaşayan qurdları canlandırıblar.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, elm adamları təxminən 46 min ildir Sibir buzlaqlarında qalmış bir qrup nematod qurdlarını canlandıra biliblər.

Tədqiqatın nəticələri “PLOS Genetics” portalında dərc olunub.

Qurdlar Sibirin şimal-şərqində 40 metr dərinlikdə yerləşən su anbarından çıxarılıb.

Alimlər bildiriblər ki, qurdlar qida ilə canlandırılıb və cəmi bir ay yaşayıb. Bu müddət ərzində onlar 100-dən çox yeni qurd nəsli yaratmağa nail olublar.

Tədqiqatın rəhbəri Teymuraz Kurtsçali qeyd edib ki, qurdlar proqnozlaşdırılandan xeyli uzun müddət donmuş vəziyyətdə olublar.

Onların sözlərinə görə, tədqiqat təkamül prosesinin öyrənilməsi üçün vacibdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*