Alimlər gözün süni buynuz qişasını yaratdıbackend

Alimlər gözün süni buynuz qişasını yaratdı

Seçenov Universitetinin alimləri görmə qabiliyyətini bərpa etmək üçün süni buynuz qişa hazırlayıb. Bu texnologiyanın göz zədəsi olan heyvanların müalicəsində istifadə ediləcəyi gözlənilir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, unikal texnologiya baytarlıqda göz zədələri olan heyvanların müalicəsi üçün istifadə olunacaq. Seçenov Universitetinin Biotibbi Elm və Texnologiyalar Parkının regenerativ baytarlıq laboratoriyasında pilot əməliyyatlar yaxın aylarda həyata keçiriləcək. Alimlər ilk təcrübəni dovşanlar üzərində aparacaq. Onlar süni buynuz qişanın biouyğunluğunu yoxlamaq və əməliyyatdan sonra transplantasiyanın nəticələrini qiymətləndirmək istəyirlər. Daha sonra itlər, pişiklər və digər heyvanlar üzərində araşdırmalar aparılacaq.

Mətbuat xidməti əlavə edib ki, heyvanlar üzərində sınaqlar başa çatdıqdan sonra bu texnologiya insanlara da tətbiq olunacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*