Alimlər koronavirusu zərərsizləşdirə biləcək dərman kəşf etdilərbackend

Alimlər koronavirusu zərərsizləşdirə biləcək dərman kəşf etdilər

ABŞ-ın Pittsburg Universitetinin alimləri ən aşağı dozada koronavirusu tamamilə təsirsiz hala gətirə bilən bir protein kəşf ediblər.

KONKRET.az xəbər verir ki, bu, COVID-19-a qarşı Ab8 dərmanı yaratmaq üçün istifadə olunan tam uzunluqlu antikordan on qat kiçik bir protein birləşməsidir.

Bu dərman koronavirusun S zülalı ilə təmasda ola biləcək 100 milyard potensial molekulun sürətli analizi ilə aşkar edilib. Patogen bu maddə vasitəsi ilə bədənə nüfuz edə bilər. İmmunoglobulin ilə protein birləşməsindən sonra Ab8 dərmanı əmələ gəlir.

Mütəxəssislər, bu dərmanın siçanlar və siçovullar üzərində koronavirusun qarşısının alınması və müalicəsində yüksək effektivlik göstərdiyini qeyd edirlər.

Alimlər kəşf olunan maddənin toxumalarda yayılma qabiliyyətinə sahib olduğu qənaətinə gəliblər, bu da virusu zərərsizləşdirmək üçün daha yaxşı hesab edilir.

Bu vəziyyətdə, molekullar insan hüceyrələrinə bağlanmır, nəticədə mənfi yan təsirlər (ağrılar) minimuma endirilir.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*