Alimlər kosmosdan Yerə enerji ötürməyi PLANLAŞDIRIRbackend

Alimlər kosmosdan Yerə enerji ötürməyi PLANLAŞDIRIR

2025-ci ildə yaponlar kosmosda yerləşdirilmiş günəş panellərindən alınan enerjinin Yerə ötürülməsi üçün genişmiqyaslı layihə həyata keçirəcək. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Araşdırmalar Agentliyi (JAXA) məlumat yayıb.

Bildirilib ki, layihə dövlət dəstəyi ilə özəl şirkətlər tərəfindən həyata keçiriləcək.

Belə ki, layihədə mikrodalğalı diapazonda enerjini Yerə ötürəcək kiçik orbitli peyklər iştirak edəcək.

Qeyd edək ki, enerjinin hava ilə ötürülməsi texnologiyası heç də yeni deyil. Yaponiyanın JAXA kosmik agentliyi hələ 2015-ci ildə bu sahədə irəliləyişə nail olub.

Eyni zamanda, yapon alimləri uğur qazansa belə, günəş enerjisinin kosmosdan birbaşa ötürülməsi texnologiyasının yaxın gələcəkdə geniş yayılacağı ehtimalı azdır. Hesablamalar göstərir ki, cəmi 1 GVt elektrik enerjisi istehsal etmək üçün təxminən 7 milyard dollar xərcləmək lazımdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*