Alimlər onlayn alış-verişin ruhi xəstəlik kimi tanınmasını təklif etdilərbackend

Alimlər onlayn alış-verişin ruhi xəstəlik kimi tanınmasını təklif etdilər

KONKRET.az xəbər verir ki, Almaniyanın bir sıra institutlarının alimləri qənaətə gəliblər ki, alış-veriş asılılığı və ya onlayn şopinq vərdişi psixi pozğunluq növü kimi qəbul edilməlidir. Bu sahədə aparılan tədqiqatların nəticələri “Kompleks Psixiatriya” jurnalında dərc edilib.

Tədqiqatçılar şopinq anlayışından danışarkən “məcburi alış-veriş” ifadəsinin üzərində elmi izah işlərini təqdim ediblər. Onların fikrincə, bu, uzun müddətdir mövcuddur və alışdan asılı olan insanların bəzən hətta lazımsız şeyləri daim əldə etmək üçün hədsiz və nəzarətsiz bir istəklə qarşılaşmasıdır. Elm adamları belə bir asılılığın dünya əhalisinin 5% -nə təsir etdiyini qeyd ediblər. İnternet alış-verişinin artan populyarlığı şəraitində şopinq əsl fəlakətə çevrilir.

Bu araşdırmada 122 şopunq xəstəsinin 33,6 faizində onlayn alış-verişə və bununla əlaqədar artan narahatlıq və depressiya səviyyəsinə bağlılıq əlamətləri üzə çıxıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*