Alimpaşa Məmmədovun işini başqa hakim ARAŞDIRACAQbackend

Alimpaşa Məmmədovun işini başqa hakim ARAŞDIRACAQ

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim dəyişdirilir.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə səbəb cinayət işinə sədrlik edən hakim Nural Əliyevin apellyasiya instansiyası məhkəməsinə təyinat alması olub.

Alimpaşa Məmmədovun işinin yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinin başqa hakiminin icraatına veriləcəyi gözlənilir.

Qeyd edək ki, hakim Nural Əliyev bir neçə gün əvvəl Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*