Alişan xəstəxanaya yerləşdirildi – FOTObackend

Alişan xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur müğənnisi Alişan Eskişehirin Sivrihisar rayonunda baş tutacaq konsertinə gedərkən yolda pisləşib və xəstəxanaya aparılıb.

KONKRET.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

Qarın nahiyəsində şiddətli ağrılar yaşayan müğənninin appendisitdən təcili əməliyyat olunacağına qərar verilib.

“Sivrihisar konsertinə gedərkən sağ tərəfimdə dözülməz ağrı ilə Bursada təcili yardıma gəldik. Tomoqrafiya və qan analizləri nəticəsində həkimlərimiz dedilər ki, bu gün appendisit əməliyyatı olunmalıyam. Təəssüf ki, Sivrihisar konserti bu gün üçün qismət olmadı. Sizə söz verirəm, əməliyyat olunan kimi nə vaxt istəsəniz gələcəm”, – Alişan sosial şəbəkə hesabında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*