Alla Puqaçeva yenidən nənə olacaqbackend

Alla Puqaçeva yenidən nənə olacaq

Rusiyanın tanınmış müğənnisi Alla Puqaçeva üçüncü dəfə nənə olacaq.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yazır.

Mənbə bildirir ki, Primadonnanın qardaşı oğlunun arvadı sentyabr ayında uşaq dünyaya gətirəcək.

Tezliklə ata olacağını Puqaçevanın qohumu Vlad Quzel söyləyib.

Qeyd olunur ki, hazırda o, pankreatitə görə xəstəxanada yatır. Quzel artıq alkoqoldan istifadə etmədiyini vurğulayıb.

71 yaşlı Pugaçeva qardaşının ölümündən sonra onun ailəsinə qulluq edir. Belə ki, ulduz qardaşı oğluna Moskvanın mərkəzində mənzil verib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*