Alla Puqaçova Moskvaya qayıtdıbackend

Alla Puqaçova Moskvaya qayıtdı

Rus estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova İsraildən Rusiyanın paytaxtına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a onun köməkçisi Yelena Çuprakova bildirib.

A.Puqaçovanın modelyer dostu Valentin Yudaşkinin Moskvada keçiriləcək vida mərasimində iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, V. Yudaşkin mayın 2-də 59 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*