Alla Puqaçovanın bütün ailə üzvləri Rusiyanı tərk etdibackend

Alla Puqaçovanın bütün ailə üzvləri Rusiyanı tərk etdi

Məşhur müğənni Alla Puqaçovanın bütün ailə üzvləri Rusiyanı tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Bildirilib ki, müğənninin özü beşinci əri, teleaparıcı Maksim Qalkin və əkizləri Liza və Harri ilə birlikdə İsraildə məskunlaşıb. Qızı Kristina Orbakaite ABŞ-yə əri Mixail Zemtsov və qızı Klaudiyanın yanına gedib. Puqaçovanın böyük nəvəsi Nikita da artıq bir ildir ki, ABŞ-də yaşayır. Müğənninin kiçik nəvəsi Denis Baysarovun da Rusiyanı tərk etdiyi qeyd olunub.

Qeyd edək ki, A.Puqaçova Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci ilin yazında İsrailə köçüb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*