“Allah harada deyib ki, Hüseyni sevəni Allah sevər?” – Elşad Miribackend

“Allah harada deyib ki, Hüseyni sevəni Allah sevər?” – Elşad Miri

İlahiyyatçı Elşad Aşura ilə əlaqədar olaraq yaşadığı evin yaxınlığında, dəmir borulardan asılmış şüarlara öz etirazını bildirib.

KONKRET.az xəbər verir ki, o qeyd edib ki, peyğəmbərə istinad edilən bu rəvayəti hədis kimi küçələrə asanların məqsədləri nədir, bilinmir.

“Həmin insanlar ömürlərində bircə dəfə İslamın yeganə mənbəyi olan Qurandan bircə ayəni bu cür asıblarmı? Əgər bu söz sonuncu peyğəmbərimizə aiddirsə, niyə Məhəmməd peyğəmbərin nəvələri arasında ayrı-seçkilik edib-etmədiyini sorğulamırıq? Allah harada deyib ki, Hüseyni sevəni Allah sevər?

Allah Quranda kimləri sevəcəyini və sevməyəcəyini açıq-aşkar bildirir:

yaxşılıq edənləri (“Bəqərə” surəsi, 2/195; “Ali-İmran” surəsi, 3/134, 148), səhvindən qayıdanları, təmizlənənləri (“Bəqərə” surəsi, 2/222), məsuliyyətli olanları (“Ali-İmran” surəsi, 3/76), dözümlü olanları (“Ali- İmran” surəsi, 3/146), Özünə güvənib etibar edənləri (“Ali-İmran” surəsi, 3/159), ədalətli olanları (“Ali-İmran” surəsi, 5/42)” – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*